Marneulililərin mənə dəstəyi çox böyükdür, onları tək qoya bilmərəm və mən siyasətə davam edəcəm
"Marneulililərin mənə dəstəyi çox böyükdür, onları tək qoya bilmərəm və mən siyasətə davam edəcəm" - bu sözləri "Marneuli" radiosu ilə müsahibəsi zamanı növbədənkənar mer seçkilərində müstəqil namizəd olan Əli Bədirov dedi.


Əli Bədirov Marneulidə keçirilən növbədənkənar mer seçkilərini mənfi dəyərləndirir. Onun sözlərinə görə seçkilər ədalətsiz şəkildə keçirilib və bir çox məntəqələrdə Bədirova məxsus olan bulletenlər ləğv olunub. Onun sözlərinə görə Marneulililər səhv qərar veriblər.

Bədirov bildirdi ki, - "Mən özümü məğlub olmuş hiss etmirəm, mən partiyadan deyiləm və qısa xərclərlə namizədliyimi irəli sürdüm və bu mənim üçün əsas qalibiyyətdir. Əsl mer partiyaya deyil, xalqa xidmət etməlidir"

Əli Bədirov müstəqil namizəd olaraq yeniliyə imza atdığını düşünür və deyir ki, xalqın müstəqil merə ehtiyacı var. O, həmçinin Marneulili gənclərin ona dəstək olduğundan danışdı və siyasətə davam edəcəyini gənclərin ümidlərini doğuracağını, onları tək qoymayacağını dedi.

Əli Bədirov 2020-ci ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək. Ola bilsin ki, o, hər hansı partiya ilə namizədliyini irəli sürsün.

19 may tarixində Marneulidə növbədənkənar mer seçkiləri keçirildi və Müstəqil namizəd Əli Bədirov 1.21% səs toplamışdı.

“Gürcü Arzusu – Demokratik Gürcüstan”ın namizədi Zaur Darğallı isə seçicilərin 78.6%-nin etimadını qazanaraq qalib olmuşdu.

Print Email
FaceBook Twitter Google