Xəta
Mtsxeta yaxınlığında qəza baş verib, 2 uşaq xəsarət alıb
Tbilisi-Senaki-Leselidze avtomobil maqistralında Mtsxeta yaxınlığında qəza baş verib. Qəzada 2 uşaq xəsarət alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib.

DİN-dən bildirirlər ki, qəza zamanı maşında 3 nəfər olub. Sürücü islanmış şüşəyə görə sükanı idarə edə bilməyib və ağaca dəyib.

İstintaq Gürcüstan Cinayyət Məcəlləsinin 276-cı maddəsinin ikinci hissəsi ilə aparılır. Maddə sürücü tərəfindən avtomobil, tramvay, trolleybus, traktor və ya başqa mexaniki nəqliyyat vasitəsinin hərəkəti zamanı təhlükəsizlik və istismar qaydalarının pozulmasını nəzərdə tutur.

Mənbə: Netgazeti
Print