Marneuli Dairə Seçki Komissiyası 61 şikayətdən yalnız 14-nü təmin edib

Marneulinin 22 saylı seçki dairə komissiyasında 61 şikayətdən yalnzı 14-nnü təmin edib.

19 mayda baş tutan növbədənkənar mer seçkiləri ilə bağlı Marneuli dairə seçki komissiyası şikayətləri müzakirə edib. Şikayətlərin müzakirəsi 2 gün ərzində aparılıb. Bizimlə söhbəti zamanı Dairə Seçki Komissiyasının sədri İakob Asanidze bildirdi ki, 61 şikayətdən 4 inzibati idi və onu 1 ay ərzində müzakirə etmək hüquqları var. 2 şikayət isə müzakirə olunmayıb, çünki səlahiyyəti çatmayan şəxs yazıbmış.

Təmin edilən 14 şikayətlə bağlı isə yalnız qeyd verməklə kifayətləndilər.

“GGHA” seçkilərdə Marneulidə şikayət yazan təşkilatlardan biridir. GGHA-nın Rustavi ofisinin rəhbəri, Ekaterine Pavlenişvilinin sözlərinə görə, onların 6 şikayətdən 5-i təmin edilib. Təmin olunan şikayətlər arasında 77 saylı məntəqədə olan hal da yer alır.

“Bu 77 saylı seçki məntəqəsinin protokol göstəricilərinə aiddir və təmin olunmadı. Sərəncam hələ ki, əlimizdə deyil, yəqin ki, hazırlıq mərhələsindədir. Bu məntəqədə yekun protokolda balans düzgün deyil, bülletenlərin sayı 7 dənə artıqdır. Dairə Seçki Komissiyası və sədr də müzakirə zamanı dedilər ki, həmin komissiyaya inanmamaqda şübhələri yoxdur. Bundan dolayı şikayəti təmin etmədilər. Burada seçki bülletenlərinin yenidən sayılmasını və yekun protokolun batil hesab olunmasını tələb edirdik. Sədr və katibə qarşı intizam məsuliyyəti tətbiq olunmasını istəyirdik” - Ekaterine Pavlenişvili bildirib.

Marneuli Dairə Seçki Komissiyasında şikyətlərin müzakirəsi 21 mayda başlayıb və onun gedişatını müxalifət partiya nümayəndələri müvafiq hesab etmədilər.

 

Print Email
FaceBook Twitter Google