Marneulidə 6 məktəbə rəsmi olaraq müvəqqəti direktor əvəzedicisi təyin olunub

Marneuli bələdiyyəsinin Candar, Kürtlər, Bəylər, Tsopi, Ağ körpü və Algeti 2 saylı ictimai məktəblərinə rəsmi olaraq direktor əvəz ediciləri təyin olunub.

Bu haqda məlumatı "Marneuli" Radiosu ilə söhbəti zamanı Kənan Ömərov dedi. Onun sözlərinə görə, direktor əvəz ediciləri Təhsil Nazirliyindən müsahibədən keçərək 6 məktəbə müvəqqəti icra edici direktor əvəz ediciləri təyin olunublar.

Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, məktəblərə direktorların təyin olunması ilə bağlı məlumatı Təhsil Nazirliyi yayımlayır, bu zaman direktorluğa namizədlərin müvafiq şəhadətnamələri olmalıdır və direktor olmaq üçün bir neçə mərhələdən keçməlidirlər. Hal-hazırda direktoru olmayan məktəblər ola bilsin ki, bu vəziyyətlə sertifikatlaşma probleminə görə üzləşiblər.

Təhsil Nazirliyi müəllimlərin seçimi müsabiqəsi ilə bağlı bu il də məlumat yayımlayacaq, lakin bunun nə zaman olacağı dəqiq məlum deyil.

 

Print Email
FaceBook Twitter Google