55 yaşlı Surik Çiçiani Marneuli rayonunun
Sereteli kəndində yaşayır. O, yeganə gözdən qüsurlu şəxsdir ki,
Marneulinin 26 saylı seçki məntəqəsinə
qeydiyyatdadır.
2018-ci ilin prezident seçkilərində məntəqəyə səs verməyə gedən
Surikə komissiya üzvləri Brayl şrifti ilə nəşr olunmuş bülleten
veriblər, amma Surik adi bülleten tələb edib.
“Seçkiyə məktəbə getdim, komissiya üzvləri məni
tanıdılar və dedilər ki, Brayl şrifti verək. Büllüteni götürdüm və
sonra düşündüm ki, bunu indi dairəyə alsam və qutuya atsam hamı
başa düşəcək ki, kimsə səs verdim” - Surik Çiçiani
bildirir.
Surik 2018-ci ildə seçimini başqasının köməyi ilə amma yenə də qeyd
edib. Bu il isə Marneulinin növbədənkənar mer seçkilərində müəyyən
səbəblərdən iştirak edə bilməyib.
Surik düşünür ki, bir və y aiki görmə qüsurlu seçicinin qeydiyyat
olduğu məntəqələrdə Brayl şrifti ilə səs vermək yaxşı deyil.
“Minimum 5 görmə qüsurlu qeydiyyatda olsa yenə Brayl
şrifti vermək olar, çünki kimin kimə səs verdiyini müəyyən etmək
lazımdır, ancaq iki üç nəfərə olanda yaxşı deyil” -
Surik bildirir.
55 yaşlı Surik üçün seçkilərdə gizli səs vermə prinsipi vacibdir və
məhz ona görə də gələcəkdə də adi bülletenlə səs verməyi
planlaşdırır.