DİN övladının qətlində ittiham olunan, yetkinlik yaşına çatmamış anayla cinsi əlaqə ilə bağlı istintaqa başlayıb
14:39 / 24.05.2019
DİN
övladının qətlində ittiham olunan, yetkinlik yaşına çatmamış anayla
cinsi əlaqə ilə bağlı istintaqa başlayıb.
DİN-dən “Liberala” verilən məlumata görə, aydın olunub ki,
saxlanılan qız hamilə olan zaman 16 yaşına çatmayıbmış. Müvafiq
olaraq iş Cinayət Məcəlləsinin 140-cı maddəsi ilə qaldırılıb. Həmin
maddə 16 yaşa çatmamış şəxslər cinsi əlaqəni nəzərdə tutur. Cinayət
7-dən 9 ilə qədər həbs cəzasını nəzərdə tutur.
DİN-dən bildirirlər ki, istintaq bu baxımdan da fəal olaraq
aparılır, istintaq fəaliyyəti keçirilir və müvafiq ekspertizalar
təyin olunub.
22 mayda DİN Kaspi rayonunun Ağayan kəndində körpəsinin qətlinə
görə, 16 yaşlı qızı həbs edib. Onun barəsində həbs qətimkan tədbiri
seçilib.
Mənbə: liberali.ge