Qldanidə “Ori Nabici” mağazasının qarət edilməsi və mağazanın yanıdırlması faktı ilə bağlı bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis
Departamentinin Qldani-Nadzaladevi bölməsinin əməkdaşları Qldanidə
“Ori Nabici” mağazasının qarət edilməsi və mağazanın yanıdırlması
faktı ilə bağlı bir nəfəri – 1993-cü ildə anadan olmuş M.M.-ni
saxlayıb.
DİN-dən "Interpressnews"a verilən məlumata
görə, törədilmiş cinayətə görə 3 ildən 5 ilədək azadlıqdan
məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaq nəticəsində aydın olmuşdur ki, M.M. 23 may tarixində,
təxminən saat 5:00 radələrində gizlicə Qldanidə “Ori Nabici”
mağazasına daxil olub, müxtəlif məhsullar və spirtli içkilər
götürüb. Daha sonra o, izi itirmək üçün mağazanı yandırıb. Polis
M.M.-ni cinayəti törətdikdən bir neçə saat sonra isti izlərlə
Tbilisidə saxlayıb, oğurlanmış məhsul isə maddi dəlil kimi müsadirə
olunub.
Saxlanılan şəxs cinayəti etiraf edir.
DİN-in məlumatına görə, oğurluq və yandırmaqla mülkiyətə zərər
vurma faktı ilə bağlı Cinayət Məcəlləsinin 187-ci maddəsinin ikinci
hissəsinin “a” və 177-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə
istintaq davam edir.