Marneulidə bir ilan vurması halı qeydə alınıb

Marneulidə ilan vurması ilə bağlı bir fakt qeydə alınıb. Bu haqda məlumatı Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze verib.

O, bildirdi ki, hadisə may ayında olub. İlan Aşağı Saral kənd sakini olan kişini vurub və ona vaksin vurublar. Zərərçəkən tibbi müəssisədə 24 saat qalıb.

“Lazımı vaksin rayonda həmişə varımızdır. Çatışmazlıq yoxdur. Marneulinin Aversi klinikasında və Ceo Hospitalda da ehtiyatda var”
– Laperadze deyib.

Laperadzenin sözlərinə görə, bu hadisə bu il ilk ilan vurması halıdır.

 

Print Email
FaceBook Twitter Google