Satıcılar hesab edirlər ki, bazar ərazisində tikinti təhlükəsizlik qaydalarına riayət olunmadan aparılır
Marneuli bazar ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin sahibləri Ağmaşenebeli küçəsində obyektin söküntüsünə və yeni obyektin tikintisinə etiraz edirlər. Onların sözlərinə görə, təxminən 10 gündür ki, həmin ərazidə söküntü işləri aparılır və insanların təhlükəsizliyi üçün də heç bir tədbir görülməyib.

"Qazıntı işi aparan traktorun işlədiyi vaxt dəmir parçasının insanların üzərinə düşürdü" - orada çalışanlar bildirdilər.

Ticarətçilər onu da bildirirlər ki, "tikiləcək olan obyektin qazıntı işləri insanların hərəkət etdiyi zolağa qədər qazılıb. Qazıntı onların işinə də mane olur və müştəri qıtlığı yaşayırlar".

Onu da əlavə etdilər ki, tikintini aparan sahibkara xəbərdarlıq da ediblər. Bildiriblər ki, onların və orada işləyən əhalinin fikrini də nəzərə alsın. Satıcılar sahibkarın onların fikirlərinə əhəmiyyət vermədiyini və tikinti işlərinə davam etdiyini bildirirlər.

O, ərazidə telofon mağazaları, marketlər, ət dükanı, meyvə və tərəvəz satan satıcılar var. Bundan başqa ərazidən taksi dayanacağı kimi də istifadə olunur.

Biz məsələyə aydınlıq gətirmək üçün Marneuli bazarının meneceri ilə əlaqə saxladıq. O, bildirdi ki, həmin ərazi onlara məxsus deyil, şəxsi mülkdür.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google