Azərbaycanlı hüquq mühafizəçisi, Avtandil
Məmmədovun saxlanılmasını ailə üzvləri onun fəaliyyəti ilə
əlaqələndirirlər.
Saxlanılanın həyat yoldaşı Günel Məmmədovanın sözlərinə görə
Avtandil 12 il ərzində insan hüquqlarını müdafiə edirmiş və bu
istiqamətdə vəkil olaraq da çalışıb.
Ailə üzvlərinin məlumatına görə Avtandil Məmmədovun Azərbaycn
hakimiyyəti ilə problemləri onun fəaliyyətindən dolayı yaranıb.
Məhz buna görə də Avtandil və onun ailəsi il yarım bundan əvvəl
Azərbaycanı tərk edib və Gürcüstana yaşamağa gəlib.
Saxlanılanın həyat yoldaşının bəyanatına görə Məmmədov bir neçə ay
ərzində izlənilirmiş və o, Əfqan Muxtarlı kimi onu da
oğurlayacaqlarından və qanun pozuntusu ilə Azərbaycana
aparacqlarından qorxurmuş.
Məmmədovun hüquqlarını məhkəmədə “Konstitusiyanın 42-ci maddəsi”
təşkilatının hüquqşünası Arçil Çopikaşvili müdafiə edəcək.
Çopikaşvilinin bəyanatına görə Məmmədov və onun ailəsi Azərbaycanı
2017-ci ildə tərk edib, bu zaman Gürcüstana müvafiq müəssisəyə
müraciət edib ki, ona və ailə üzvlərinə humanitar status versinlər.
Miqrasiya Departamenti Məmmədovun ailəsinə humanitar status verib.
Miqrasiya Departamentinin qərarını isə məhkəməyə şikayət
diblər.
Vəkilin sözlərinə görə baxmayaraq ki, Gürcüstanda Avtandilin
məhkəmə iclası aparılırdı, o, yenə də onun işini davam etdirirdi –
“Məmmədov Azərbaycan hakimiyyəti üçün “xoşagəlməz”
işləri yenidən davam etdirirdi və Əfqan Muxtarlının oğurlanmasından
2 il sonra o, etiraz aksiyasının təşkilatçılarından biri idi və
görünür Azərbaycan hakimiyyətinin diqqətini
çəkib”.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosun verilən məlumata
görə Avtandil Məmmədov azərbaycan Respublikası interpolu tərəfindən
fırıldaqçılığa görə axtarılırmış.
“Azərbaycanın CM-nin 178.2.2-ci maddəsi dəfələrlə
törədilmiş fırıldaqçılığı nəzərdə tutur. Məhz bu maddə ilə Avtandil
Məmmədov Qırmızı Körpüdə axtarışda idi” – DİN-nin
mətbuat xidmətindən bildirirlər.
DİN-dən açıqlama verirlər ki, Məmmədov hələ Gürcüstandadır və
prosedurları keçdikdən sonra ola bilsin Azərbaycana aparılsın.