Baş-nazir Tsikitişvilinin onu əvəz edəcəyi ilə bağlı məlumatı qeyri-ciddi adlandırır
Baş-nazir Mamuka Baxtadze onun yaxın gələcəkdə
hökumət rəhbəri vəzifəsini tərk edəcəyi haqda məlumatı qeyri-ciddi
və şaiyə adlandırıb.
Mamuka Baxtadze baş nazir vəzifəsində onu Regional İnkişaf və
İnfrastruktur naziri Maia Tsikitişvilinin əvəz edəcəyi haqda
məlumatı təsdiqləmir.
“Hələ maliyyə naziri olaraq təyin olunan vaxtdan
faktiki olaraq hər həftə gürcü mediyasından oxşar məlumatlar
alırdım və bir daha cavab verirəm ki, bunların hamısı
qeyri-ciddidir və bu haqda ciddi bəyanat verməkdə çətinlik çəkirəm.
Mən komandamla birgə dövlət proqramımızı təqdim etmişəm və onu
həyata keçirirəm. Eyni zamanda Gürcüstan parlamenti və gürcü xalqı
qarşısında hesabat verməliyəm. Ona görə də oxşar məsələrlə bağlı
ciddi bəyanatlar verməyəcəm. Belə şayiələri son 2 ildir ki,
eşidirəm yəqin gələcəkdə də eşidəcəm. Təssüf ki, bu bizim siyasi
həyataımızı xarakterizə edən məsələdir” – Baxtadze
bildirib.