Peşəsini tərk etmək istəyən müəllimlər üçün büdcədən neçə milyon lari ayrılacaq
Pensiya yaşlı müəllimlərə mükafat olaraq on
milyonlarla lari veriləcək və onlar məktəbi tərk
edəcəklər.
Bu
haqda İPN-ə Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini
İrina Abuladze bildirib.
Abuladzenin qeyd etdiyinə görə, müəllimlik mükafatı almaq istəyini
bildirən pedaqoqlara məbləğin verilməsi avqust-sentyabr aylarında
başlayacaq.
Abuladzenin məlumatına görə, bütün ölkə miqyasında məktəblərdə 6
minə qədər pensiya yaşlı müəllim var.
“Bildiyinizkimi heç kimi heç nəyə məcbur etməmişik.
Burada plan var və ya gələn 3 il ərzində maaşların artırılması
yaxud pensiya yaşlı müəllimlərə təklif var ki, əgər onlar məktəbdə
qalmaq istəmirlərsə 2 illik mükafatlarını alsınlar, burada olduqca
böyük maliyyədən söhbət gedir. Prosesi əsasən adamların razı
qalmaları canlandıracaq. Bir tərəfdən maaşın artması digər tərəfdən
isə dövlətin onlara ayırdığı maliyyə. Hələ məbləğ büdcədən
ayrılmayıb, yaxın gələcəkdə sxemdə dəyişikliklər iclasa çıxarılacaq
və bunun layihəsi də hazırdır. Bugünkü vəziyyətə görə 6 minə qədər
pensiya yaşlı müəllim qeydiyyatdan keçib. Müvafiq olaraq 2 illik
maaş mükafat olaraq veriləcək. Burada bir neçə on milyondan söhbət
gedir və buna dövlət də büdcə də hazırdır. Hökumətin qərarı bir
neçə günə hazır olacaq. Tədris ili başlayana kimi isə məbləğ
veriləcək. Avqust-sentyabr aylarında mükafatı verməyi
planlaşdırırıq. Onların bunu 2019-cu ilin sonuna qədər almaq imkanı
var” - Abuladze bildirib.
Onun sözlərinə görə, müəllimlərlə bağlı təfərrüatlı araşdrıma
iyulda keçiriləcək.
“Bu gün müəllimlər imtahanına 30 mindən artıq adam
qeydiyyat olub. Onun 10 minə qədər müəllim olmaq istəyənlərdir.
Ancaq pensiya yaşlı müəllimlərin müəyyən qədərinin peşəsini tərk
etməsi demək deyil ki, bizə sistemdə o qədər müəllim lazım olacaq.
Ona görə də elə müəllimlər var ki, azad olunanların saatlarını
dolduracaqlar və onların maaşı da artacaq. Bunu təfərrüatlı
araşdırması və analizi iyulda keçiriləcək. O zaman belə müəllimin
nə qədər olmasını, hansının mükafat istəməsini, imtahan çıxan belə
adamların neçə nəfər olmasını biləcəyik” - Abuladze
İPN-ə bildirib.