Peşəsini tərk etmək istəyən müəllimlər üçün büdcədən neçə milyon lari ayrılacaq
Pensiya yaşlı müəllimlərə mükafat olaraq on milyonlarla lari veriləcək və onlar məktəbi tərk edəcəklər. Bu haqda İPN-ə Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini İrina Abuladze bildirib.

Abuladzenin qeyd etdiyinə görə, müəllimlik mükafatı almaq istəyini bildirən pedaqoqlara məbləğin verilməsi avqust-sentyabr aylarında başlayacaq.

Abuladzenin məlumatına görə, bütün ölkə miqyasında məktəblərdə 6 minə qədər pensiya yaşlı müəllim var.

“Bildiyinizkimi heç kimi heç nəyə məcbur etməmişik. Burada plan var və ya gələn 3 il ərzində maaşların artırılması yaxud pensiya yaşlı müəllimlərə təklif var ki, əgər onlar məktəbdə qalmaq istəmirlərsə 2 illik mükafatlarını alsınlar, burada olduqca böyük maliyyədən söhbət gedir. Prosesi əsasən adamların razı qalmaları canlandıracaq. Bir tərəfdən maaşın artması digər tərəfdən isə dövlətin onlara ayırdığı maliyyə. Hələ məbləğ büdcədən ayrılmayıb, yaxın gələcəkdə sxemdə dəyişikliklər iclasa çıxarılacaq və bunun layihəsi də hazırdır. Bugünkü vəziyyətə görə 6 minə qədər pensiya yaşlı müəllim qeydiyyatdan keçib. Müvafiq olaraq 2 illik maaş mükafat olaraq veriləcək. Burada bir neçə on milyondan söhbət gedir və buna dövlət də büdcə də hazırdır. Hökumətin qərarı bir neçə günə hazır olacaq. Tədris ili başlayana kimi isə məbləğ veriləcək. Avqust-sentyabr aylarında mükafatı verməyi planlaşdırırıq. Onların bunu 2019-cu ilin sonuna qədər almaq imkanı var” - Abuladze bildirib.

Onun sözlərinə görə, müəllimlərlə bağlı təfərrüatlı araşdrıma iyulda keçiriləcək.

“Bu gün müəllimlər imtahanına 30 mindən artıq adam qeydiyyat olub. Onun 10 minə qədər müəllim olmaq istəyənlərdir. Ancaq pensiya yaşlı müəllimlərin müəyyən qədərinin peşəsini tərk etməsi demək deyil ki, bizə sistemdə o qədər müəllim lazım olacaq. Ona görə də elə müəllimlər var ki, azad olunanların saatlarını dolduracaqlar və onların maaşı da artacaq. Bunu təfərrüatlı araşdırması və analizi iyulda keçiriləcək. O zaman belə müəllimin nə qədər olmasını, hansının mükafat istəməsini, imtahan çıxan belə adamların neçə nəfər olmasını biləcəyik” - Abuladze İPN-ə bildirib.

Mənbə: İnterPressNews
Print