İstintaq Xidməti vəzifəsindən istifadə edərək başqasının böyük miqdarda əşyasını qanuna zidd olaraq mənimsəmə faktı ilə bağlı bir nəfəri saxlayıb (VİDEO)
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılan operativ tədbirlər nəticəsində vəzifəsindən istifadə etməklə başqasının böyük miqdarda əşyasını mənimsəmək faktı ilə bağlı bir nəfəri saxlayıb.

İstintaqla müəyyən olunub ki, müttəhim şirkətlərdən birində baş müsahib vəzifəsində çalışırmış və vəzifə səlahiyyətləri çərçivəsində bank hesabları onun üçün əlçatan imiş. O, maddi köçürmələr həyata keçirib, guya ki, mövcud vergi öhdəlikləri və tərəfdaş şirkətlərin borcu ödənirmiş. Bu şəkildə şirkətin məbləğini mənimsəyirmiş. Qeyd olunan yolla müttəhim tərəfindən ümumilikdə şirkətə aid olan 2 258 961 lari mənimsənilib.

İstintaq Gürcüstan Cinayyət Məcəlləsinin 182-ci maddəsinin ikinci və üçüncü hissələri ilə aparılır. Maddə cəza olaraq 7 ildən 11 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: is.ge
Print Email
FaceBook Twitter Google