Çində 6 bal gücündə zəlzələ olub, 12 nəfər dünyasını dəyişib
Çinin cənub hissəsində yerləşən Siçuan əyalətində 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 12 nəfər dünyasını dəyişib, ən az 125 nəfər isə yaralanıb. Lakin bəzi mənbələr yaralıların sayının 134 olduğunu yazırlar.

Zəlzələnin episentri 16 kilometr dərinlikdə olub. Yerli mətbuatın məlumatına görə, təbii fəlakət nəticəsində yollar və yaşayış evlərinə ziyan dəyib, bir mehmanxana uçub.

Hadisə yerində xilasedicilər çalışırlar. Onlar dağıntılar altında qalmış insanları çıxarırlar. Hökumət zəlzələdən zərər çəkən məntəqəyə 5 min çadır, 10 min yataq və 20 min ədyal göndərib.

Çində ən güclü zəlzələlərdən biri Siçuan əyalətinin qərb hissəsində 2008-ci ildə baş vermişdi. Həmin zəlzələ nəticəsində 90 min insan dünyasını dəyişmişdi.

Print Email
FaceBook Twitter Google