Mamuka Baxtadze - Bidzina İvanişvili həqiqətən presedenti olmayan qərar səsləndirdi və onu bütün komanda dəstəkləyir
Bidzina İvanişvili həqiqətən presedenti olmayan qərar səsləndirdi və onu bütün komanda dəstəkləyir, – bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze “Gürcü Arzusunun” ofisində jurnalistlərə bəyan etdi.

“Sizə bildirmək istəyirəm ki, partiyanın sədri Bidzina İvanişvili həqiqətən presedenti olmayan qərar səsləndirdi. Sözsüz ki, komandamızda bu barədə müzakirələr aparırdıq və onu bütün komanda dəstəkləyir”, – Mamuka Baxtadze bildirdi.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası genişmiqyaslı siyasi islahatlar təşəbbüsünü irəli sürür. 2020-ci il Parlament seçkiləri proporsional sistem ilə və sıfır seçki baryeri olmadan keçiriləcək.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google