Mamuka Baxtadze - Bidzina İvanişvili həqiqətən presedenti olmayan qərar səsləndirdi və onu bütün komanda dəstəkləyir
13:47 / 24.06.2019
Bidzina İvanişvili həqiqətən
presedenti olmayan qərar səsləndirdi və onu bütün komanda
dəstəkləyir,
– bu
barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze “Gürcü Arzusunun”
ofisində jurnalistlərə bəyan etdi.
“Sizə bildirmək istəyirəm ki, partiyanın sədri Bidzina
İvanişvili həqiqətən presedenti olmayan qərar səsləndirdi. Sözsüz
ki, komandamızda bu barədə müzakirələr aparırdıq və onu bütün
komanda dəstəkləyir”, – Mamuka Baxtadze bildirdi.
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası genişmiqyaslı siyasi
islahatlar təşəbbüsünü irəli sürür. 2020-ci il Parlament seçkiləri
proporsional sistem ilə və sıfır seçki baryeri olmadan
keçiriləcək.