Parlamentdə 4 Komitə iclası təxirə salınıb
Gürcüstan Parlamentində bu gün planlaşdırılan bir neçə Komitə iclası təxirə salınıb.

Konkret olaraq, maliyyə-büdcə komitəsinin, hüquqi məsələlər üzrə komitənin, Avropayaya İnteqrasiya və Səhiyyə Komitəsinin iclasları müəyyən müddətə təxirə salınıb. Parlamentdə iclasların təxirə salınma səbəbələrini qeyd etmirlər, ancaq güman ki, bu “Gürcü arzusunun” ofisində aparılan çoxluğun iclası ilə əlaqədardır.

Hazırkı göstəricilərlə gün qrafikinə əsasən Aqrar Məsələlər, Prosedur Məsələləri və Ətraf Mühitin Mühafizəsi Komitəsinin iclasları təyin olunub. Eləcə də saat 18:00-da büronun iclası təyin edilib.

Parlamentin Prosedur Məsələləri üzrə Komitəsinin iclasında bu gün Mtasmindanın majoritar dairəsində seçilmiş Vladimer Kaxadzenin deputat səlahiyyətinin tanınması məsələsini müzakirə edəcəklər.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google