Naşir Orduxanov aksiyaya nə üçün qoşulub
“Mənim məqsədim azadlıqdır. Hamının söz, din azadlığı olmalıdır” – bu sözlər Bolnisidə yaşayan ikinci kurs tələbəsi Naşir Orduxanova aiddir. O, Tbilisidə, Rustaveli prospektində keçirilən aksiyaya qoşulub və geniş ictimaiyyət qarşısında tribunadan ilk dəfə xalqa müraciət edib. Naşir İlya Dövlət Universitetinin hüquq fakültəsində təhsil alır. “Marneuli” radiosu ilə söhbətində o, deyir ki, müstəqil, siyasətdən uzaq adamdır və etiraz hissi mövcud durumdan dolayı yaranıb.

“Mən universitetdə idim, internetdə işğalçı ölkənin deputatının bizim Parlamentə gəldiyini gördüm. Buna etiraz olaraq mən və 15 dostum aksiyaya getdik. Əsas motiv rus deputatın Gürcüstanda olmasına etiraz etməyimiz idi. Mən heç bir partiyanın nümayəndəsi deyiləm. Baş verən hadisə çox böyük utancdır və burada söz demək artıqdır. Kim deyir ki, Gürcüstan mənim vətənimdir, Rustaveliyə getmək onun borcudur. Fərqi yoxdur o, azərbaycanlıdır yoxsa gürcü, yaxud başqa hansısa etnik azlıq və ya din nümayəndəsidir. Bunun mənim üçün heç bir fərqi yoxdur” – Naşir Orduxanov deyir.

Orduxanov indi də 23 iyunu, həyəcanlı çıxışını xatırlayır. Deyir ki, çox həyəcanlı imiş, ancaq demək istədiyini yenə də çatdırıb.

Orduxanovun çıxışını videodan izləyə bilərsiz.

Print Email
FaceBook Twitter Google