Tamar Çuqoşvili – komandamızın siyasi cavabı seçki sistemi dəyişiklikləri və Parlament sədrinin verdiyi qərardır
Aksiyada güc tətbiq olunması zamanı cərəyan edən hadisələrə hüquqi cavab verilməlidir, – bu barədə Gürcüstan Parlamentinin vitse-spikeri Tamar Çuqoşvili bəyan etdi.

Çuqoşvilinin qeyd etdiyinə görə, ən ağır o idi ki, aksiyada məsuliyyətsiz və kriminal hərəkətlərə görə güc tətbiq etmək lazım gəldi.

Elə onun dediyinə görə, təəssüfləndiricidir ki, konkret xəsarət alan insanlar var və buna mütləq hüquqi münasibət bildiriləcək.

Daxili İşlər naziri Giorgi Qaxariyanın siyasi məsuliyyətinin olub olmaması barədə nə düşünməsi ilə bağlı suala cavab olaraq Tamar Çuqoşvili belə düşünmədiyini bildirdi.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google