26 iyun üçün ulduz falı
26
İyun 2019-cu il, ulduz falı. Yaxşı situasiya müşahidə
olunmur
Qoç - Mühüm işlərə başlamaq üçün günün ilk yarısı əlverişlidir.
Önəmli görüşü və danışıqları təxirə salmayın. Yaradıcılıq sizdə
məmnunluq hissi yaradacaq. Sizi narahat edən məsələ ilə bağlı
yaxınlarınızla müzakirələr apara bilərsiniz. Yaşamınıza yeni
nüanslar əlavə edin.
Günün ikinci yarısında ailə problemləri ilə yaxından məşğul olun.
İntuisiyanıza güvənin. Həddən artıq vaxt və qüvvə itkisi tələb edən
işləri təxirə salın. Axşam saatlarında yaşam arealında qayda
yaradın. Alış-verişdə bədxərclik etməyin.
Buğa - Günün ilk yarısında təxribatlara uymayın, emosiyaların
təsiri altında hərəkət etməyin. Yaşam tərzinizi və fəaliyyət
sahənizi dəyişməyin. Neqativ çoxdursa, yorğunluq hiss edirsinizsə,
bir qədər nəfəs dərin. Sakitləşin, gərginlikdən qurtulun.
Günün ikinci yarısında yaşananlara praqmat baxın. Adi, rutin işlər
sizi darıxdırmasın. Axşam saatlarına ciddi, önəmli iş
planlaşdırıbsınızsa, onu yaddan çıxarmayın.
Görüləsi işlərin praktik yönlərini götür-qoy edin. İntuisiyanıza
güvənin.
Əkizlər - Yaradıcılıq impulsları və enerji səviyyənizin yüksəlişini
mövcud işlərdə ciddi islahatlara yönəldin. Danışıqlara, söhbətə çox
vaxt sərf etməyin. İdeyalardan birini reallaşdırmaq olar.
Günün ikinci yarısında cürətli, iradəli olun. Qarşınıza qoyduğunuz
məqsədə çatmaq üçün gərəkli vasitələrin hamısından istifadə etmək
olar. Sizi qayğılandıran məsələni çözmək üçün detallara fikir
verin. Ambisiyaları azaldın. Bəzi nüanslarda ciddi irəliləyişlərə
nail olmaq mümkündür. Planlar və gözləntilərdə yeniliklər edin.
Axşam saatlarına yaxın spontan hadisələr yaşanacaq.
Xərçəng - Ümumi mənzərəni görərək dəyərləndirməyə mane olan
detallara çox fikir verməyin. Deyilənləri yanlış anlamayın. İkinci
dərəcəli məqamlara həddən artıq önəm verməyin. Yaxın ətrafınızdakı
insanların məsləhətləri sizdə stereotip düşüncə
formalaşdırmamalıdır.
Günün ikinci yarısında sizi nə isə qıcıqlandırırsa və ya nədənsə
şübhələnirsinizsə, qərar verməyə tələsməyin. Ani hisslərin təsirinə
düşməyin.
Axşam saatlarında tanış süjetlər və nüanslar təkrarlanarsa, dejavyu
effekti yaşana bilər.
Şir - Özünüzə çox güvənməyin. İmkan və potensialınızı nikbinliklə
dəyərləndirməyin. Məişət məsələlərinin həllində iradəsiz
davranmayın. Dözülməz dərəcədə xırdaçı olmayın.
Günün ikinci yarısında bədgümanlıq artarsa, yeni işə və ya layihəyə
başlayın. Mənfi hisslər yaradan xatirələrə dalaraq reallıq hissini
itirməyin. Qətiyyətli olun. Çətin olmayan, yeknəsəq işə üstünlük
verin. Stressdən qurtulmağa çalışın.
Axşam saatlarında rasionunuza fikir verin. Çox hərəkət edin,
səhhətinizi düşünün.
Qız - Orqanizminiz və əsəb sisteminiz kənar təsirlərə məruz
qalacaq. Emosional durumuzunu səbatlı edin. Məişət problemlərinin
həllini axşam saatlarına saxlayın.
Günün ikinci yarısında tərəfdaş və ya şəriklərin davranışlarındakı
dəyişikliklərin psixosomatik səbəblərini aşkarlamağa can atın.
Ailədəki situasiya sizdə kəskin reaksiya yaratmamalıdır. Həll
olunmamış məsələlər varsa, astagəllik etməyin.
Önəmli məsələləri təxirə salmayın.
Yalnız hissiyata güvənməyin.
Tərəzi - Qüvvənizdən optimal qaydada istifadə edin. İşgüzar
tərəfdaşlar və dəyər verdiyiniz insanlarla təmaslarda səmimi,
dürüst olun. Aqressiv və sərt davransanız, ünsiyyət
alınmayacaq.
Günün ikinci yarısında bir qədər müstəqil çalışın. Kənar təsirlərə
və müdaxilələrə boyun əyməyin. Tənha çalışmaq vurnuxmada nəzərdən
qaçırılan detalların görülməsinə səbəb olacaq.
Axşam saatları profilaktiki tədbirlər üçün münasibdir.
Fəaliyyət göstərdiyiniz arealı qaydaya salın.
Əqrəb - Gördüyünüz işin təfərrüatlarına varın. Səhvləri aşkarlayın,
kiçik nöqsanları üzə çıxarın. Diqqətli təhlil aparsanız, indiki
yanlışlıqları bundan sonra təkrarlamaq riskiniz azala bilər. Yeni
layihələrə qatılmaq üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında planlara köklü dəyişikliklər etmək olar.
Metodlar, alətlər, avadanlıq və tərəfdaşları dəyişin. Yaxın
ətrafınızdakı insanlardan biri sizdə şübhə yaradırsa, beləsindən
uzaq durun.
Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Oxatan - Günün ilk yarısından etibarən asılı vəziyyətə düşməyin.
Maliyyə, inzibati və təşkilati məsələlərdə diqqətli olun. Kimdənsə
asılı durumda olmağınız işlərinizin xeyrinə deyil.
İş yerində günün ikinci yarısında yarana biləcək problemləri
tələsmədən həll edin. Əks təqdirdə düşünülməmiş qərar fəsadlı
nəticələrə səbəb ola bilər.
Həddən artıq çalışmayın. Yorğunluq riski var.
Genişmiqyaslı layihəyə başlamazdan əvvəl imkanlarınızı,
qüvvələrinizi və potensalınızı dəyərləndirin.
Oğlaq - Günün ilk yarısında formalaşan situasiyanın şərtlərindən
asılı olmayaraq ruhdan düşməyin. Pozitiv emosiyalara ehtiyacınız
var. Zəhmətkeş olun, vədlərinizi unutmayın. Çətin məsələlərin
həllində başqalarına bel bağlamayın.
Günün ikinci yarısında ciddi problemlər yaranmayacaq. Cari
məsələləri asanlıqla həll edə bilərsiniz. İş yoldaşları, şəriklər
və ya tərəfdaşlarla bağlı şübhələr yaranarsa, durumu nizamlamaq,
nigaranlıqlardan qurtulmaq olar.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Dolça - Günün ilk yarısı təşəbbüslər üçün yararlı deyil. Yaxşı
situasiya müşahidə olunmur. Diqqətli və səbrli olun. Maraqlı
detalları nəzərdən qaçırmayın, sayıq davranın.
Günün ikinci yarısında zərurət olmadan təşəbbüslə çıxış etməyin.
İrəliyə doğru hərəkətinizə maneələr yarada biləcək nə varsa, ondan
qurtulun. Zərərli vərdişlərdən biri və ya bir neçəsi ilə vidalaşmaq
zamanıdır.
Peşəkar fəaliyyət müstəvisində kobud səhvlərə yol verməyin. Şübhəli
əlaqələrə aludə olmayın. Təkrarlanan situasiyalar, göz qarşısında
vurnuxan insanlara diqqət yetirin.
Balıqlar - Hadisələrlə zəngin gündür. Mövcud prosesdə yenidənqurma
tələb edən nüansları diqqətdən qaçırmayın. Emosiyalarınıza nəzarət
edin. Vəziyyət çox asanlıqla münaqişə yarada bilər. Baş verənləri
heç bir səbəb olmadan dramatikləşdirməyin.
Günün ikinci yarısı yeni layihə ilə bağlı çalışmalar üçün
əlverişlidir. Uğur məhsuldarlığınızdan, zəhmətkeşliyinizdən
asılıdır. Olaylara süni təkan verməyin. Axşam saatlarında stressdən
qurtulun. Heç yerə tələsməyin.