Türkiyədə iki Gürcüstan vətəndaşı dünyasını dəyişib
Acarıstanın
Səhiyyə Nazirliyinin məlumatına görə, Türkiyədə, Trabzon
yaxınlığında qəza baş verib.
Hadisə nəticəsində iki nəfər Gürcüstan
vətəndaşı dünyasını dəyişib, iki nəfər isə xəstəxanaya
yerləşdirilib.
Acarıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, 55 yaşlı qadının
vəziyyəti ağırdır və o, Rizə xəstəxanasındadır.
Yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənlər Xulo
sakinləridir. Onlar qonşu ölkəyə güman ki, tibb müəssisəsinə
gediblərmiş və 26 iyunda gecə saatlarında evə qayıdırlarmış.
Ölən və yaralananlar eyni ailənin üzvüdürlər. Ölənlərin
cənazələrinin Gürcüstana gətirilməsi ilə bağlı çalışmalar davam
edir.
“Minik maşınında Acarıstan sakinləri olan 4 Gürcüstan
vətəndaşı olub. Onlardan ikisi, 70 yaşlı kişi və 56 yaşlı qadın
hadisə yerindəcə dünyasını dəyişib.
55 yaşlı qadın ağır kəllə-beyin travması ilə klinikaya
yerləşdirilib. Sükan arxasında olduğu güman edilən gəncin isə
körpücük sümüyü sınıb. Onun vəziyyəti qənaətbəxşdir və lazımi
proseduralar aparıldıqdan sonra xəstəxanadan buraxılacaq.
Gürcüstanın Trabzondakı konsulluğunun nümayəndələri hadisə
yerindədirlər. Mərhumların cənazələri meyitxanaya aparılıb. Artıq
cənazələrin Gürcüstana gətirilməsi ilə bağlı işlərə başlanılıb.
Cənazələrin Sarp sərhəd keçid məntəqəsinədək gətirilməsini Türkiyə
tərəfi təmin edəcək, Gürcüstan tərəfdə isə onları Səhiyyə
Nazirliyinin nümayəndələri qarşılayacaqlar”, –
Acarıstanın Səhiyyə naziri Zaal Mikeladze jurnalistlərə
bildirib.
Mənbə:
ajaratv.ge