Marneulinin Rustaveli küçəsində bir nəfər dünyasını dəyişib
Bu gün, 26 iyun tarixində Marneulinin Rustaveli küçəsində 60 yaşlarında bir nəfər dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü güman olunur.

Hadisə yerinə patrul polisi və təcili tibbi yardım çağırılıb. Həkimin verdiyi məlumata görə, mərhum dünyasını yerindəcə dəyişib.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başlayıb. Həmin maddə özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google