Aksiyanın dağıdılması zamanı yaralanan iki nəfər hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir

20 iyun tarixində Tbilisidə, Rustaveli prospektində aksiyanın dağıdılması nəticəsində yaralanmış şəxslərdən on nəfəri hələ də xəstəxanadadır.

Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan ikisi hələ də süni tənəffüs aparatına bağlı vəziyyətdədir.hal-hazırda onların vəziyyəti stabildir, günün sonunadək isə bir neçə nəfər xəstəxanadan buraxılacaq.

Xatırladırıq ki, 20 iyun tarixində Rustaveli prospektində keçirilən aksiyanı polis güc tətbiq edərək dağıtmışdı. Səhiyyə Naizrliyinin məlumatına görə ümumilikdə 240 nəfər yaralanmışdı. Onlardan 80 nəfəri polis əməkdaşı, 31 nəfəri jurnalist, qalanı isə aksiya iştirakçıları olub. İki vətəndaş isə gözünü itirib.

 

 

Print Email
FaceBook Twitter Google