Alimlər qan təzyiqini normaya salan ƏN UCUZ DƏRMANI tapdı
14:10 / 26.06.2019
Yumurta ağı yüksək qan təzyiqini tənzimləyir.
Yumurta ağında peptid adlanan bir maddə var. Araşdırmaya görə, bu
maddə qan təzyiqini artıran bir fermentin yaranmasına mane olur.
Alimlər siçanlar üzərində bir sınaq keçirib və onlara bir miqdar
peptid verib. Nəticədə, təəccüblü olub: peptidin
"Captopril" dərmanının aşağı dozası ilə eyni gücə
malik olduğu üzə çıxıb.
Marneulifm xəbər verir ki, yumurta ağının qan şəkəri səviyyəsini
təmzimlədiyi və "pis" xolesterini azaltdığı da ortaya çıxıb. Bu
baxımdan, yumurta ağı çox faydalıdır və onu mütəmadi olaraq
istehlak etmək tövsiyə olunur.
Yüksək temperaturda qaynadılmış yumurta təzyiqi azaltmaq üçün
yaxşıdır. Yumurta ağının insan bədəninə əlavə nə kimi təsirlər
göstərəcəyini təyin etmək üçün başqa araşdırmaların aparılması
planlaşdırılır. Bu nəzəriyyə doğru olarsa, yumurta ağı yüksək qan
təzyiqi ilə mübarizə üçün ən yaxşı dərmanlardan biri olacaq.
Bundan əlavə, yumurta ağı, heç bir yan təsiri olmayan təbii və ucuz
bir seçimdir.
Mənbə: Publika.az