Sarp, Sadaxlı və Qardabani sərhəd keçid məntəqələrində bəyan edilməmiş qızıl-zinət əşyaları aşkarlanıb
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük zabitləri 15-18 iyun tarixlərində “Sadaxlı”, “Qardabani” və “Sarp” gömrük buraxılış məntəqələrində şübhə əsasında Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstan vətəndaşlarının şəxsi axtarılması nəticəsində ümumilikdə 28 152,22 lari dəyərində bəyan edilməmiş qızıl-zinət (368,2 qr) əşyaları aşkar ediblər.

Qanunu pozan vətəndaşlara Gürcüstan Vergi Məcəlləsinin 289-cu maddəsinin 10-cu hissəsi ilə ümumilikdə 28 152,22 lari həcmində cərimə sanksiyası tətbiq olunub.

Mənbə: rs.ge
Print Email
FaceBook Twitter Google