Vergi qanununun pozulması ilə bağlı 782 fakt aşkarlanıb
17-23 iyun tarixlərində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi üzrə Departament tərəfindən ölkə miqyasında həyata keçirilən yoxlama tədbirləri nəticəsində vergi qanununun pozulması ilə bağlı 782 fakt aşkarlanıb. Konkret olaraq, Departament tərəfindən 4620 vergi ödəyicisi yoxlanılıb. Nəticədə aşağıdakı qayda pozuntuları qeydə alınıb:

Malın sənədsiz verilməsi ilə bağlı 228 hal;
İqtisadi işlər üzrə Gürcüstan vergi məcəlləsi ilə müəyyən edilmiş qaydanın pozuntu ilə həyata keçirilməsi ilə bağlı 43 fakt;
İstehlakçıya nağd pulla hesablayan zaman nəzarət-kassa aparatından istifadə olunmaması ilə bağlı 511 hal qeydə alınıb.

Mənbə: rs.ge
Print Email
FaceBook Twitter Google