Gənclər Putinə sillə vurmağa imkan verən veb-səhifə yaradıblar
“Yayı Gürcüstanda keçir” ümumi kampaniyası çərçivəsində summerin.ge veb-səhifəsində Putinin təsviri yerləşdirilib və hər kəsin Rusiya prezidentinə sillə vurmaq imkanı var.

Yalnız Gürcüstandan Vladimer Putinə artıq 2 milyondan artıq adam sillə vurub. Onlayn platformada Kreml liderinin “cəzalandırılması”nı istəyənlər Gürcüstandan sonra hələ ki, ikinci və üçüncü mövqedə Yaponiya və İsveçrəlilərdir. Kreml liderinə sillə vuranların onluğuna Rusiya, Estoniya, Türkiyə, Ukrayna, Almaniya, İtaliya və Fransa düşüb.

Summerin.ge veb-səhifəsi “spendyoursummeringeorgia” kampaniyası çərçivəsində hazırlanıb. Onlayn platformanı yaradanlar xarici vətəndaşları Gürcüstana həmrəylik əlaməti olaraq Putinə sillə vurmağa və yayı burada keçirməyə çağırırlar.

Putinə bu linkdən sillə vurmaq mümkündür.

Mənbə: imedinews.ge
Print Email
FaceBook Twitter Google