Süleyman Süleymanovun xatirəsinə həsr olunmuş anım tədbir keçirilib (FOTO)
26 iyun tarixində ictimai-siyasi xadim, jurnalist, tərcüməçi, “Gürcüstan” qəzetinin mərhum baş redaktoru Süleyman Süleymanovun xatirəsinə həsr olunmuş anım tədbir keçirilib. Tədbir Tbilisidə fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində təşkil olunub.

Anım mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, "SOCAR Georgia GAS"-ın direktoru Azər Məmmədov, AMM sədri Fazil Həsənov, jurnalist Təhməz Təhməzov, tarixçi Mahmud Kamaloğlu, Süleymanovun ailə üzvləri, qələm dostları iştirak ediblər.

Tədbir iştirakçıları Süleyman Süleymanovu bir dəqiqəlik sükutla yad edib, onun həyat və yaradıcılığından söhbət açıblar. Bu haqda bizimlə söhbəti zamanı Süleymanovun qızı Leyla Süleymanova dedi.


L. Süleymanova onu da əlavə etdi ki, tədbirdə iştirak edənlər S. Süleymanovun həyat və yaradıcılığı haqda kitabın nəşr olunmasını təklif ediblər.

Tədbirdə S.Süleymanovun həyat və yaradıcılığını əks etdirən fotolar da nümayiş etdirilib.

Xatırladaq ki, S.Süleymanov Gürcüstan Ali Sovetin Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif edilib və Gürcüstan Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb. 1981-ci ildə “Şərəf nişanı” ordeni, 1997-ci ildə Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunub.

S.Süleymanov 1972-ci ildən ömrünün sonuna qədər əvvəlcə “Sovet Gürcüstanı” və 1990-cı ildən isə “Gürcüstan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 2014-cü il iyunun 26-da Tbilisidə vəfat edib.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google