Nika Melia 30 000 lari girov qarşılığında buraxılıb
“Vahid Milli Hərəkat”ın ittiham olunan üzvü Nika Melia 30 000 lari girov qarşılığında buraxılıb.
Bu barədə qərarı bir neçə dəqiqə əvvəl Tbilisi Şəhər Məhkəməsinin hakimi Temur Qoqoxia verib.

Məhkəmə zalında olan Nika Melianın tərəfdarları və siyasətçilər qeyd olunan qərarı alqışlarla qarsalayıblar.

Dünən Parlament Baş Prokurora deputat Nika Melianın həbsi tələbi ilə məhkəməyə müraciət etmək üçün razılıq verib.
Baş Prokurorluq Nika Meliaya qarşı Cinayət Məcəlləsinin 225-ci maddəsinin birinci və ikinci hissəsi ilə ittiham irəli sürülüb. Həmin maddə zorakılıq, başqasının əmlakına ziyan vurma və məhv etmə, silahdan istifadə etməklə hakimiyyət nümayəndələrinə müqavimət göstərmə və onlara hücumla müşaiyət olunan qrup şəklində hərəkətə rəhbərlik etmək və qrup şəklində hərəkətdə iştirakda ittiham edib.

Təqsiri sübuta yetirilərsə, Melianı 6 ildən 9 ilə qədər həbs cəzası gözləyir.

Print Email
FaceBook Twitter Google