Telavi bələdiyyəsinin Qaracalar kəndində 40
yaşlarında kişini həmkəndlisi odlu silahdan atəş açaraq qətlə
yetirib.
Odlu silahdan açılan atəş nəticəsində ürək nahiyəsindən yaralanmış
kişini xəstəxanaya aparılanadək dünyasını dəyişib. Yerli sakinlər
baş verən hadisənin keçmişdə baş vermiş münaqişəylə
əlaqələndirirlər. Onların dediyinə görə, mərhum Gürcüstanda
yaşamırmış və o, Qaracalar kəndinə bir neçə gün öncə anasına baş
çəkmək üçün gəlib.
Mərhumun yaxınları Telavi Referal Xəstəxanasının qarşısına
toplaşıblar.
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə
istintaq aparılır və operativ istintaq tədbirləri davam edir.