Dini azlıqların ruhani şəxslərinə dövlət dilini öyrədəcəklər
Dini azlıqların ruhani şəxslərinə dövlət dilini öyrədəcəklər. Zurab Jvania adına Dövlət Administrasiya məktəbi dövlət dilinin tədrisi proqramı çərçivəsində yeni isttiqamətdə tədris həyata keçirməyə başlayır. Tədris prosesinə Gürücstanda mövcud olan dini azlıqların ruhani şəxsləri qoşulacaqlar. Qeyd olunan təşəbbüs Dini Məsələlər üzrə Dövlət Agentliyinə aiddir. Proqramın təqdimatı bu gün, 22 iyul tarixində Marneuli Zurab Jvaniya adına Dövlət Administrasiya Məktəbində baş tutub.

"Bizim fikrimizcə layihə çox əhəmiyyətlidir, çünki o, etnik, dini azlıqların cəmiyyətə inteqrasiya olmasına dəstək olacaq" – Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədr müavni Qiorqi Uklebia bildirib və qeyd edib ki, oxşar layihələr Dmanisi və Saqarecoda da həyata keçiriləcək. Layihənin ikinci mərhələsi sentyabr ayında başlayacaq.

Zurab Jvaniya adına Dövlət Administrasiya məktəbinin direktoru Ketevan Cağeli proqrama ruhani şəxslərin qoşulmasını müsbət qiymətləndirir.

“Jvaniya məktəbinin tarixində ilk haldır ki, biz ruhani şəxslərə gürcü dili öyrədəcəyik. Bu bizim üçün müsbət haldır. Ruhani şəxslər öz növbələrində sonra dindar şəxslərlə çalışacaqlar və dövlət dilinin əhəmiyyəti ilə bağlı öz fikirlərini bölüşəcəklər” – Ketevan Cağeli deyir.

Bugünkü tədbirdə eləcə də Marneulinin meri Zaur Darğallı da iştirak edirdi. O, deyir ki, Marneuli bələdiyyəsi həmişə bu kimi layihələrdə iştirak etməyə və mülki inteqrasiya prosesinə öz töhfəsini verməyə hazırdır.

“Sevinirəm ki, Jvaniya məktəbi daha da geniş miqyaslara keçir, müxtəlif qruplarda gürcü dilinin tədrisinə davam edir. Bu gün biz çox əhəmiyyətli layihənin təqdimatında iştirak edirik. Bilirsiniz ki, Gürcüstan çox sayda etnik və dinlərin olduğu ölkədir və hamının dövlət dilini bilməsi vacibdir” - Marneuli meri Zaur Darğallı dedi.

Proqramın təqdimatı ilə yanaşı ruhani şəxslər gürcü dili üzrə təcrübə də keçəcəklər. Gürcüstanın Müsəlmanlar İdarəsinin şeyxi, Ramin İgidov proqrama qoşulan ruhanilərdən biridir.

“Gürcüstanda, müxtəlif regionlara çox sayda ruhanilər çalışırlar. Əksəriyər dövlət dilini bilmir. Bu kimi proqrama qoşulmaq çox vacibdir. Dövlət dili bizim ana dilimizdir. Biz bu ölkədə yaşayırıqsa, bu ölkə bizim anamızdırsa hamı dövlət dilini öyrənməlidir” – Ramin İgidov deyir.

Proqramın təqdimatında, Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət nazirinin müavni Lia Qiqauri, Kvemo Kartlidə Dövlət Müvəkkili Şota Rexviaşvili, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədr müavini Qiorqi Uklebia, Zurab Jvaiya adına Dövlət Administrasiya Məktəbinin direktoru Ketevan Cağeli və yerli hakimiyyət nümayəndələri iştirak edirdilər.

Print Email
FaceBook Twitter Google