23 iyul üçün ulduz falı
23
İyul 2019-cu il, ulduz falı. Düşünülməmiş sözlər sizi pərt edə
bilər
Qoç - bu günə planlaşdırdıqlarını reallaşdırmaq çox çətin olacaq:
qəfildən maneələrlə rastlaşırsınız, üstəlik müttəfiqləriniz də
özlərini yaxşı aparmırlar. Bir çox başqalarının işlərini görməli,
yaxud digər insanların buraxdıqları səhvləri düzəltməli
olacaqsınız.
Yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər. Əsasən də,
yaşlı nəslin nümayəndələri ilə sözləriniz çəp gəlir. Ola bilsin ki,
özünüz haqda xoşagəlməyən sözlər eşidəsiniz. Amma bu, elə də pis
deyil: adətən sizə yaxşı sözlər söyləyən insanın həqiqətdə
haqqınızda nə düşündüyünü öyrənəcəksiniz.
Buğa - çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı
köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma
gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı
əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox nüanslardan
bəhrələnib karyera pillələri ilə yuxarı qalxa bilərlər.
Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana
olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza
ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli
hədiyyə ala bilərsiniz.
Əkizlər - əldə edə biləcəyiniz uğurlar yalnız sizdən, işə necə
diqqət göstərəcəyinizdən asılıdır. Etibarlı dost və ya nüfuzlu
insan sizə kömək edərsə, əla olar.
Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gərəkli
vasitələrdən istifadə edin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə gərginlik yarana bilər.
Dəyər verdiyiniz insanla təmasları ağırlaşdırmayın. Dediyiniz
sözlərin fərqinə varın. Ailənin yaşlı üzvləri ilə qarşılıqlı
anlaşmaya ehtiyac duyulur.
Qayğıkeş, diqqətli olun. Alicənab insan təsiri bağışlayın.
Xərçəng - birgə fəaliyyət üçün əlverişli zamandır. Kollektiv işdə
rolları bölüşdürün, kimin hansı işlə məşğul olacağını
müəyyənləşdirin. Ən ağır problemi əldir şəkildə çözmək olar.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Bilik və
bacarıqlarınızı mümkün qədər artırmağa can atın. Ayıq olun ki,
rəqiblər sizi keçməsin. Dedi-qodulara, qeybətə əsla qatılmayın.
Sevdiyiniz insanın qədrini bilin. Dəyərli şəxslərlə əlaqə
saxlayın.
Şir - uğurlu, düşərli gündür. Hədəfləri yeniləmək, məqsədi dəyişmək
olar. Ən yaxşısını əldə etmək sizin hüququnuzdur. Passiv olmayın,
kiminsə kölgəsində qalmağı ən təhlükəsiz variant hesab etməyin.
İstedadınızdan - əgər varsa - bəhrələnin.
Günün ikinci yarısı karyera baxımından yeni imkanlar və münasib
perspektivlər vəd edir. Şansı dəyərləndirin, astagəllik etməyin.
Yaxın ətrafınızdakı adamlarla səmimi olun. Danışmaqdan daha çox,
dinləyin. Eqoist insan təsiri bağışlamayın.
Dözümlü olun.
Qız - praqmat olun. Hansısa sifarişə və ya işə razılaşmazdan əvvəl
konkret mənfəəti, əldə edə biləcəyiniz gəliri düşünün. Dostlar və
tanışların maraqlarına zərbə vuracaq addım atmayın. Yanlış qərardan
qorunun. Yeni layihəyə başlamaq, əlavə sifariş almaq niyyətiniz
varsa, potensialınızı dürüst qiymətləndirin.
Günün ikinci yarısında durumu təftiş edəndə təsir rıçaqlarını
görməyə çalışın. Dostlarla təmaslarda onların nə istədiklərini
öyrənin. Deyilənləri qulaqardına vurmayın.
Axşam saatlarında səfərə və ya gəzintiyə yollanmaq olar. Müsbət
emosiyalardan bəhrələnin.
Tərəzi -yarımçıq qoyduğunuz işləri başa vurun. Problemlərin həlli
üçün ekstravaqant yol aramağa lüzum yoxdur. Sınanmış vasitələrdən
və indiyədək özünü dəfələrlə doğrultmuş etibarlı metodlardan
istifadə edin.
Günün ikinci yarısında toplantı, görüş, müzakirələr normal keçəcək.
Anlaşma və ya müqavilə imzalamağa tələsməyin. Yeni tanışlıqlar
istisna deyil.
Axşam saatları o qədər də mürəkkəb olmayacaq romantik macəra və ya
qısamüddətli gəzinti üçün yaxşıdır.
Stressdən qurtulun.
Əqrəb - hisslərin burulğanında batmayın. Soyuqqanlı davranın.
Müəyyən risk olarsa, qəti addım atmaqdan çəkinməyin. Mühüm
saydığınız işləri görməyə başlamazdan əvvəl situasiyanı araşdırın.
Təhlilsiz fəaliyyət avantüradır.
Yalnız şans və ya uğur sizə rəqibləri üstələməyə imkan
verməyəcək.
Günün ikinci yarısında cari məsələlərin həllində alternativ
variantlardan yararlanın. Bankdan kredit almaq, borc götürmək üçün
münasib zaman deyil. Fəaliyyətin perspektiv istiqamətini bəlirləmək
olar.
Alış-veriş zamanı nəzərdə tutmadığınız mal, məhsul və ya əşya
almayın. Bədxərclik etməyin.
Oxatan - sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz
gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur.
Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat
olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə
ala bilərsiniz.
Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox
vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir
ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün
müştərək planlar qurmaq olar.
Oğlaq - günün ilk yarısında yaranacaq problemlərin öhdəsindən
asanlıqla gələcəksiniz. İşgüzar əlaqələri möhkəməndirin. Anlaşmalar
və sazişlərdə diqqətli olun, sənədləri diqqətlə oxuyun.
İntuisiyanızdan faydalanın.
Günün ikinci yarısında hadisələrə ciddi təsir imkanlarına malik
insanların məsləhətlərindən yararlanın.Cari problemlərin həllində
astagəllik etməyin. Məntiqlə davranın, tələsik addımlar
atmayın.
Düşünülməmiş sözlər sizi pərt edə bilər.
Dolça - günün ilk yarısında yalnız özünüzə güvənməyin. Yaxın
ətrafınızdakı insanların da dəstəyə ehtiyacı var. Sadiq dostlar,
etibar etdiyiniz insanların yardımları ilə daha çox işlər görə
bilərsiniz. Məqsədə doğru müstəqil hərəkət üçün resurslarınız
kifayət qədər deyil.
Günün ikinci yarısında tənha qalmaqdan qorxmayın. Çalışdığınız
kollektivdə məhsuldar ab-hava varsa, sakit işləyin. Amma müti
olmayın, mədəniyyətsiz insanın iradlarını aqressiya hesab edərək
geri çəkilməyin.
Korporativ ruh yaxşı nəsnə olsa da, mənəviyyat deyilən anlam
var.
Balıqlar - qarşınıza qoyduğunuz məqsədə doğru aparan yolu yenidən
təftiş edə bilərsiniz. Belədə nəticədə də pis olmayacaq. Bilik,
bacarıq və təcrübənizin yetərincə dəyərəndirilməsi üçün yaxın
ətrafınızdakı insanlarla konstruktiv əməkdaşlığa ehtiyac
duyulur.
Günün ikinci yarısında tərəfdaş və ya şərikin köməyi ilə
işlərinizdə sürətli irəliləyişə nail ola bilərsiniz. Yeniliklərə
hazır olun. Dəyər verdiyiniz insanlar mövqelərinizi bölüşsələr,
sizi dəstəkləsələr, əhvalınız, təbii ki, yaxşılaşacaq.
Novasiyalardan çəkinməyin. Bacarıqlarınızı maksimum dərəcədə
reallaşdırmağa can atın