“Rosselxoznadzor” Gürcüstandan ixrac olunmuş şaftalının bir hissəsinə qadağa qoyub
Gürcüstandan ixrac olunmuş 19 ton şaftalı və
nektarini (tüksüz şaftalı) Rusiya bazarına buraxmayıblar. Bu barədə
məlumatı “ИА REGNUM”a Dağıstan respublikasının “Rosselxoznadzor”un
mətbuat xidmətindən veriblər.
Onların məlumatına görə, məhsulda həşəratlar aşkarlanıb ki, bu da
məhsulun 90%-ni məhv edə bilər.
“Rusiya Federasiyasının qarantın barədə qanunvericiliyinə əsasən
çirkli məhsulun idxalı qadağandır. Bundan başqa, məhsulun sahibi
inzibati məsuliyyətə cəlb olunur”, – Bəyanatda
deyilir.