Sadaxlı inzibati ərazi vahidliyində sakinlərin mal-qarası tələf olub
Bu gün, 23 iyul tarixində Sadaxlı inzibati ərazi vahidliyində mal-qaranın tələf olması halı qeydə alınıb. “Marneuli” radiosu hadisə yerində olub. Əhali mal-qaranın tələf olmasına zəhərlənmənin səbəb olduğunu güman edirlər.

Ancaq dəqiq səbəbin nə olduğunu qeyd etməkdə çətinlik çəkirlər. Hələ ki, nə qədər mal-qaranın tələf olduğu məlum deyil, ancaq sakinlər deyirlər ki, vəziyyət ağırdır.

Əhali mal-qaranı otlağa buraxıbmış və bu zaman həşəratların mal-qaraya hücum etmə faktını qeydə alıblar. İnəklər köpüb və yerlilər öz imkanları ilə onları xilas etməyə çalışıblar. Hadisə yerinə Milli Ərzaq Agentliyinin baytar həkimi gedib və bizimlə söhbətində o, inəklərin tələf olmasının dəqiq səbəbini bilmədiyini dedi.

“Marneuli” radiosu vəziyyəti aydınlaşdırmağa çalışır. Hadisə ilə bağlı ətraflı məlumat alan kimi sizlərlə paylaşacağıq.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə aparılır. Həmin maddə ehtiyatsızlıqdan əşyaya zərər vurmaq və ya məhv etməyi nəzərdə tutur.





Print Email
FaceBook Twitter Google