Deputatın şəxsi həyatını əks etdirən kadrları internetə birinci yükləyən şəxs aşkarlanıb – DİN
Müvafiq bəyanatı Daxili İşlər Nazirliyində baş tutan brifinqdə bir neçə dəqiqə əvvəl veriblər.

“İstəyirəm ictimaiyyətə bildirəm ki, şəxsi həyatı əks etdirən kadrların yayımlanması işi ilə bağlı Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti, Baş Prokurorluqla birgə bir neçə aylıq istintaq nəticəsində qeyd olunan kadrları internetə birinci yükləyən şəxsi aşkar edib və məsuliyyətə cəlb edib. Qeyd olunan şəxs kadrları internetə birinci yerləşdirib və kadrlar hamı üçün əlçatan olub. Müttəhimə aid olan telefonda hər növ ekspertizalar aparılıb. Qeyd olunan şəxsə qarşı artıq ittiham irəli sürülüb. Aparılan müntəzəm istintaq fəaliyyəti nəticəsində aydın olub ki, videonu 2019-cu ilin yanvar ayında hazırda qətl törətdiyinə görə həbsdə olan Gürcüstan vətəndaşı D.A. Ermənistandan internetlə yayımlanıb. Qeyd olunan kadrlar D.A. tərəfindən “Facebook” sosial şəbəkəsində “Messenger” vasitəsilə Rusiya vətəndaşı M.D. tərəfindən qəbul edilib.

İstintaq eləcə də müəyyən edib ki, kadrlar gizli şəkildə, qanunsuz olaraq 2012-ci ilin mayında çəkilib. Buna görə 2016-cı ildə keçmiş hakimiyyət nümayəndələri məhkum olunublar. Beynəlxalq əməkdaşlıq çərçivəsində erməni hüquq mühafizəçilərinin köməyi ilə Ermənistanın Cəzaçəkmə Müəssisələrindən D.A-nın mobil telefonu götürülüb. Ətraflı ekspertiza nəticəsində aydın olub ki, video material məhz həmin telefondan yayımlanıb.
D.A. və M.D.-ya qarşı şəxsi həyatı əks etdirən kadrların yayımlanması faktı ilə bağlı ittiham irəli sürülüb. Tbilisi Şəhər Məhkəməsinin hökmü ilə onların hər ikisi həbs olunub. Qeyd olunan işlə bağlı cinayətdə başqa şəxslərin də iştirak edib-etmədiyini aydınlaşdırmaq məqsədi ilə Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prima maddəsinin birinci və ikinci hissələri ilə istintaq aparılır. Qeyd edilməlidir ki, həmin cinayət işi ilə bağlı Gürücstan Cinayət Məcəlləsinin 157-ci prima maddəsi ilə 19 nəfər həbs olunub və məsuliyyətə cəlb edilib”,
– DİN-dən bildirirlər.

Print Email
FaceBook Twitter Google