Türkiyəli müğənni Sərdar Ortacın jurnalistlərə gülməli açıqlaması
Türkiyəli ifaçı Sərdar Ortaç verdiyi açıqlama ilə
jurnalistləri güldürüb.
Marneulifm axşam.az-a istinadən bildirir ki, o, sualları
cavablandırarkən "Bir daha dünyaya gəlsəm, uzunboylu olmaq
istərdim" söyləyib. İfaçı bunun səbəbini isə belə izah edib:
"Çünki arvadımın boynunu qucaqlamaq istəyirəm, alınmır. Xloe məndən
uzundur. O, 177 sm, mən isə 167 sm-əm".
Qeyd edək ki, S.Ortaçın evləndiyi irlandiyalı Xloe
modeldir.