Polis Tbilisidə qanunsuz odlu silah ələ keçirib - bir nəfər həbs olunub (VİDEO)
11:32 / 16.08.2019
Daxili İşlər Nazirliyinin Tbilisi Polis
Departamentinin Vake-Saburtalo polis idarəsinin əməkdaşlarının
həyata keçirdikləri operativ-istintaq tədbirləri
nəticəsində1989-cu ildə anadan olmuş Q.M.-nı odlu silahın
qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılması-daşınması ittihamı
ilə saxlayıb.
Hüquq mühafizə orqanları tərəfindən saxlanılan şəxsin üzərinə baxış
keçirilən zamanı odlu silah və 13 patron maddi sübut kimi ələ
keçirib. DİN-dən bildirirlər ki, silah və güllələr üçün müvafiq
ekspertiza təyin edilib.
Odlu silahın qeyri-qanuni şəkildə əldə
edilməsi-saxlanılması-daşınması faktı ilə bağlı Gürcüstan Cinayət
Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq
aparılır.
Saxlanılan şəxsi 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir.