Samreqlo kəndində yol nəqliyyat hadisəsi zamanı 62 yaşlı kişi dünyasını dəyişib
Dedoplistskaro bələdiyyəsinin Samreqlo kəndində yol nəqliyyat hadisəsi zamanı 62 yaşlı kişi dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, dünyasını dəyişən kişinin avtomobil xarab olub və onun özü yük maşınının təmir etməyə çalışırmış. Elə o zaman avtomobil qəflətən çöküb və kişi yük maşınının altında qalıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Ancaq xəsarət alan kişiinin həyatını xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlayıb. Həmin maddə nəqliyyat vasitəsinin təhlükəsizliyi və ya istismarı qaydasının pozulmasını nəzərdə tutur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google