17 avqust üçün ulduz falı
17
Avqust 2019-cu il, ulduz falı. Yaxşı tanımadığınız insanlarla
ünsiyyətdə səlis və diqqətli olun
Qoç - gözlənilməz hadisələr və xoş sürprizlərlə dolu gündür.
Eksperimentlər, yeni planların reallaşması, qeyri-adi açıqlamaların
mümkün olacağı zamandır.
Karyera müstəvisində irəliləmək və ya çoxdan arzuladığınız işi,
vəzifəni, sifarişi almaq imkanları var.
Bunun üçün sürətlə hərəkət etmək, qətiyyətlə davranmaq
gərəkdir.
Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Ciddi tanışlıq
ehtimalı azdır, amma ötəri münasibətlər olacaq.
Maliyyə məsələlərində ehtiyatlı olun. Bədxərclik eləməyin.
Borc almayın.
Buğa - çətin gündür, lakin çətinliklərin öhdəsindən
gələcəksiniz.
Əsas məsələ, depressiv əhval-ruhiyyənin təsirində qalmayın.
Doğrudur, yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil.
Amma ümumi fəaliyyətlə bağlı razılığa gəlmək olar. Rəhbərlik sizdən
çox iş tələb edir, qarşınıza yeni tapşırıqlar qoyur. Əlavə işlər
görməli olacaqsınız.
Günün ikinci yarısında maliyyə fonu əlverişli deyil. Sərfəli
anlaşma, yaxşı sifariş və ya gəlirə bel bağlamayın.
Bununla belə, ümidi kəsməyin. Hər şey yaxşı olacaq.
Əkizlər - işdə və evdə yaşanan dəyişikliklər planları
dəyişdirəcək.
Buna sevinin, axı istifadə edə biləcəyiniz yeni imkanlar yaranır.
İşdə rəhbərlik və həmkarlarla qeyri-formal şəraitdə ünsiyyət üçün
yaxşı gündür.
Önəmli danışıqları özünüzü rahat və yaxşı hiss edəcəyiniz yerdə
keçirin.
İş üçün gərəkli əşyalar, alətlər və texnika almaq olar.
Günün ikinci yarısında intellektual potensial yüksəkdir. Dürüst
qərarları sürətlə qəbul edin, qarışıq situasiyalarda doğru yolu
seçin. Ağıllı insanlarla ünsiyyət sizə xoş emosiyalar bəxş
edəcək.
Xərçəng - yaşanan hadisələri dərhal adekvat dəyərləndirə
bilməyəcəksiniz. İlk əvvəl narahat olacaq, təşvişə
düşəcəksiniz.
Lakin az sonra anlayacaqsınız ki, dəyişikliklər yaxşılığa doğrudur.
İş yerini dəyişmək, qüvvə və potensialınızı fərqli sahədə yoxlamaq
imkanları yaranır.
Yeni ideya və planların reallaşması üçün əlverişli zamandır.
Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə də
təşəbbüskar ola bilərsiniz.
Günün ikinci yarısında uzunmüddətli səfərə yollana bilərsiniz. Evdə
qalsanız, darıxmayın. Sizi dostlarla görüş, ya da romantik macəra
gözləyir.
Şir - günün ilk yarısı çətindir. Problemlər var, günün emosional
fonu əlverişli deyil. Bu səbəbdən də yaşanan hadisələri bədbin
çalarlarda görürsünüz.
İşlə müqayisədə şəxsi münasibətlər barədə çox düşünməyin. Belə
olarsa ən sadə proseslərdə səhvlərə yol verəcəksiniz.
Rəhbərliklə fikir ayrılıqları yarana bilər.
Günün ikinci yarısında situasiya stabilləşəcək. Pozitiv təmayüllər
güclənəcək, özünüzü daha rahat hiss edəcəksiniz.
Axşam saatları qeyri-adi əyləncələr, maraqlı insanlarla görüş
zamanıdır.
Sevdiyiniz insanla münasibətləriniz qısqanclıqla korlanmasın.
Soyuqqanlı, səmimi olun.
Qız - günün ilk yarısında narahatlıq və təlaş ola bilər. Peşə
fəaliyyəti sahəsində çətinliklər və maliyyə itkiləri istisna
deyil.
İşlər çoxdur, onları yerbəyer etmək asan deyil. Aktual olan işləri
ikinci dərəcəli məsələlərdən ayırın.
İşdə rəhbərlik və həmkarlarla anlaşılmaz situasiyaların
yaranmasının təhəbbüskarı olmayın. Əks təqdirdə nüfuzu qorumaq asan
olmayacaq. Söhbət və danışıqlarda ehtiyatlı olun. Sözlərinizə fikir
verin.
Günün ikinci yarısında pozitiv təmayüllərin təsiri artır.
Çətinliklərin əksəriyyəti qət olunacaq, qarşınızda yeni imkanlar
yaranacaq.
Axşam saatları ailə üzvləri ilə xoş ünsiyyət, çoxdan bəri normal
təmaslarınız olmayan insanlarla dil tapmaq üçün əlverişli
zamandır.
Tərəzi - diqqətli, huşyar olun. Ən müxtəlif işlər səlis yanaşma
tələb edir. Bir işi yarımçıq qoyub başqasına başlamayın.
Yeni ideyalar çoxdur. Amma onları reallaşdıra bilmədiniz deyə,
sinirlənməyin.
Sürətlə hərəkət edin, amma ifrata varmayın.
Əks təqdirdə ətrafınızdakı insanlarda narazılıq yaranaraq
münaqişəyə rəvac verə bilər.
Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Axşam saatları
xüsusilə əsəbi keçəcək.
Əks cins mənsubu, xüsusilə də yaşlı qohumla dil tapmaq çox
çətindir.
Ən kiçik məsələ əsəbləri tarıma çəkə bilər.
Əqrəb - peşəkar fəaliyyət sahəsində asan uğurlara bel
bağlamayın.
Nəyəsə nail olmaq istəyirsinizsə, zəhmət çəkməli olacaqsınız. Kimsə
sizə yardım etmək, problemlərinizin bir qismini öz üzərinə götürmək
niyyətində deyil.
İş yoldaşları ilə dil tapmaq asan deyil.
Günün ikinci yarısı araşdırmalar, tədqiqatlar, bilik və təcrübənin
artırılması üçün əlverişli zamandır.
Dəvət aldığınız bütün tədbirlərə qatılmayın. Yorulacaq,
usanacaqsınız.
Axşam saatları gəzinti və aktiv istirahət üçündür.
Oxatan - günün ilk yarısı maraqlı və hadisələrlə zəngin olacaq.
Qətiyyətli, inadkar, əzmli olsanız, məqsədlərinizə çata bilərsiniz.
Tənbəllik etməyin, ətalətli davranmayın.
Yeniliyi əxz etməyə, fəaliyyətinizdə innovasiyalara yer verməyə
çalışın.
Başqalarının səhvlərini təhlil edin ki, özünüz həmin səhvləri
təkrarlamayasınız.
İşgüzar danışıqlarda uğur əldə etmək istəyirsinizsə güzəştə
getməyin, nəyə nail olmaq istədiyinizi müəyyənləşdirin.
Günün ikinci yarısı ailə üzvləri ilə birlikdə çalışmaq, istirahətlə
bağlı planları müzakirə etmək üçün əlverişlidir.
Alış-veriş edin, simic davranmayın.
Oğlaq - ən müxtəlif işlər üçün uğurlu və əlverişli gündür. Yaxın
ətrafınızdakı insanlarla asanlıqla dil tapacaqsınız.
Əvvəllər anlamadığınız, başa düşmək istəmədiyiniz insanların
problemlərini dərk edin.
Əks cins mənsubu ilə söhbətdə ehtiyatlı olun.
Qəfil hədiyyə, gəlir istisna deyil. Qarşınızda yeni işgüzar
perspektivlər yaradan təklif alacaqsınız.
Günün ikinci yarısında neqativ təmayüllər üzə çıxacaq. Əhvalınız
pozulacaq, kiçik anlaşılmazlıqlar yaranacaq.
Lakin ruhdan düşməyin, qətiyyətlə və inamla çalışın.
Özünüzü sevindirməyin yollarını tapın.
Dolça - sizi maraqlandıran sahələrdə əməkdaşlıq üçün əlverişli
zamandır.
Nikbin və qətiyyətli olun.
Ətrafınızdakı insanlar sizin əzminizdən ruhlanmalıdır.
Çoxdan bəri görmədiyiniz insanlarla görüşlər effektiv nəticə
verəcək. Anlayacaqsınız ki, qarşılıqlı rəğbət və maraq yox
olmayıb.
Zəifləmiş romantik münasibətləri bərpa etmək şansı var. Lakin bu
addımı atmazdan əvvəl düşünün: belə bərpaya ehtiyac duyulur?
Günün ikinci yarısında əldə edilən razılaşma və sövdələşmə gəlir
vəd edir. Yeni işə başlayırsınızsa, ümidləriniz doğrulacaq.
Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə səlis və diqqətli
olun.
Balıqlar - yaxın ətrafınızdakı insanlarla münaqişəyə rəvac
verməyin. Mübahisə edənləri sakitləşdirin, küsənləri
barışdırın.
Yaxşı tanıdığınız insanlardan birinin yardıma ehtiyacı var. Ona
kömək edin. İşgüzar danışıqlar yaxşı keçəcək. Həssas və diqqətli
olun.
Yeni işə başlamaq üçün əlverişli zamandır. İlk uğur tezliklə əldə
olunacaq. Hətta ən çətin problemlərin öhdəsindən asanlıqla
gələcəksiniz.
Dəvət aldığınız tədbirə qatılın.
Dostlarla görüşün, ailəvi istirahət edin.
Pozitiv emosiyalar ala bilərsiniz.