Polis Rustavidə dələduzluqda və saxta qızıl əşyası satmaqda bir nəfəri həbs edib (VİDEO)
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin Rustavi şəhər şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində dələduzluqda ittiham olunan, 1956-cı ildə anadan olmuş əvvəllər də dəfələrlə məhkum edimiş və hazırda nəzarət altında olan D.X. hakimin qərarı əsasında həbs edilib.

İstintaq nəticəsində məlum olub ki, müttəhim Rustavidə İstanbul bazarı ərazisində saxta qızıl boyunbağını 400 lariyə satıb.

Hüquq mühafizəçiləri saxlanılan şəxsin üzərində axtarış aparan zaman pul və satış üçün nəzərdə tutduğu saxta qızıl əşyaları maddi sübut kimi ələ keçirilib. D.X. tərəfindən satılan zərgərlik əşyaları də götürülmüşdür.

Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin ikinci hissəsinin “b” altbəndi ilə istintaq aparılır. Həmin maddə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mənbə: police.ge
Print Email
FaceBook Twitter Google