Polis Rustavidə dələduzluqda və saxta qızıl əşyası satmaqda bir nəfəri həbs edib (VİDEO)
08:20 / 19.08.2019
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo
Kartli Polis İdarəsinin Rustavi şəhər şöbəsinin əməkdaşlarının
həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri
nəticəsindədələduzluqda ittiham olunan, 1956-cı ildə
anadan olmuş əvvəllər də dəfələrlə məhkum edimiş və hazırda nəzarət
altında olan D.X. hakimin qərarı əsasında həbs edilib.
İstintaq nəticəsində məlum olub ki, müttəhim Rustavidə İstanbul
bazarı ərazisində saxta qızıl boyunbağını 400 lariyə satıb.
Hüquq mühafizəçiləri saxlanılan şəxsin üzərində axtarış aparan
zaman pul və satış üçün nəzərdə tutduğu saxta qızıl əşyaları maddi
sübut kimi ələ keçirilib. D.X. tərəfindən satılan zərgərlik
əşyaları də götürülmüşdür.
Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin ikinci hissəsinin
“b” altbəndi ilə istintaq aparılır. Həmin maddə 4 ildən 7 ilədək
azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.