Marneulidə yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər yaralanıb
Bu
gün, 21 avqust tarixində Marneulidə yol-nəqliyyat hadisəsi baş
verib.
Hadisə zamanı iki minik avtomobili toqquşub. Nəticədə 1 nəfər
xəsarət alıb. Yaral təcili tibbi yardımın köməyi ilə xəstəxanaya
yerləşdirilib.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata
görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddənin
2-ci bəndi ilə istintaqa aparılır. Həmin maddə nəqliyyat
vasitəsinin təhlüksəizliyi və ya istismarı qaydasının pozulmasını
nəzərdə tutur.