Azərbaycan Gömrük Komitəsi üç ölkə ilə avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirmək niyyətindədir
Azərbaycan Gömrük Komitəsi Türkiyə, Gürcüstan
və Rusiyaya avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirmək
niyyətindədir.
"Marneuli" radiosu Azərtac-a istinadən xəbər verir ki, bu barədə
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
açıqlama verilib.
Bildirilib ki, Komitə hazırda üç ölkə ilə bu istiqamətdə danışıqlar
aparır. Layihənin icrası üçün memorandumun hazırlanması işləri
görülür.
Layihə tətbiq olunduğu halda Bakıdan Türkiyə, Rusiya və Gürcüstana
gedən və əks istiqamətdə gələn avtobuslar yalnız bir dəfə başlanğıc
nöqtəsində gömrük yoxlanışından keçəcək.