Gürcüstan və ABŞ arasında birbaşa aviauçuşlarla bağlı Natiya Turnava Sentyabrda danışıqlar aparacaq
“Gürcüstan və ABŞ arasında birbaşa aviauçuşlarla bağlı sentyabrda danışıqlar aparılacaq” – bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava jurnalistlərə bildirib.

“Sentyabrın əvvəlində mən şəxsən danışıqlar aparan komanda ilə birlikdə ABŞ-a səfər planlaşdırıram. Səfər çərçivəsində ABŞ-ın iki iri aviaşirkəti ilə birbaşa reyslər barədə danışıqlar aparılacaq. Ümid edirəm ki, onlar bununla maraqlanacaqlar. Gözləyirik ki, “Ryanair” ilə danışıqlara bənzər olaraq bu danışıqları da uğurla aparacağıq”,
– nazir bildirdi.

Nazirin məlumatına görə, artıq müvafiq tədqiqat da aparılıb.

Print Email
FaceBook Twitter Google