Gürcüstanın Dmanisi rayonunda 3.2 bal gücündə zəlzələ baş verib
Gürcüstanın Dmanisi rayonunda 3.2 bal gücündə zəlzələ baş verib. Bu barədə Gürcüstan Yer Elmləri Tədris İnustutu və Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Mərkəzindən verilən məlumata görə, Dmanisi rayonunda baş verən 3.2 bal gücündə zəlzələnin episentiri rayon mərkəzindən 33 km uzaqlıqda, Gürcüstan-Ermənistan sərhədinin 11 kilometrliyində qeydə alınıb.

Yeraltı təkanlar Dmanisi və ətraf rayonlarda da hiss olunub.

Zəzələ Tiblisi vaxtı ilə 21 avqust tarixində saat 14:21-də baş verib.

İlkin məlumata görə, zəlzələ ilk öncə Gürcüstan ərazisində hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat verilməyib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google