Tbilisidə baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər yaralanıb
Tbilisinin David Ağmaşenebeli dərəsinin 9-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı bir nəfər yaralanıb.

Hadisə yerindən Gürcüstan Birinci kanalının jurnalistinin verdiyi məlumata görə, "opel" markalı minik avtomobili qəzaya uğrayıb.

Qəza nəticəsində xəsarət alan "opel" markalı avtomobilin sürücüsü təcili tibbi yardımın köməyi ilə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddənin 2-ci bəndi ilə istintaqa aparılır. Həmin maddə nəqliyyat vasitəsinin təhlüksəizliyi və ya istismarı qaydasının pozulmasını nəzərdə tutur.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google