Tkemali və souslarda qeyri-qida boyalarının aşkarlanmasına nə səbəb olub

Milli Ərzaq Agentliyi məhsulların çirklənməsinin güman edilən mənbəyi olaraq qırmızı bibəri hesab edib.



Bu haqda məlumatı “Strateji araşdırmalar və İnkişaf Mərkəzi” (momxmarebeli.ge) yayımlayır.

Xatırladaq ki, mərkəz keçən ay apardığı yoxlayış nəticəsində 42 adlı məhsuldan 6-da qeyri-qida boyalar aşkarlanıb. Konkre qeyri-qida boyaları sonrakı məhsullarda aşkar edilib:
  • “Kula” MMC – qırmızı, klassik tkemali.
  • “Marneuli Ərzaq Zavodu” MMC - ənənəvi qırmızı tkemali.
  • “Pudservisi” MMC Supremo tomat sousu.
  • “Es” MMC – Es acika.
  • Soledo MMC - ədvalı çili sousu.
  • Tetnuldi – quru acika.
Təşkilatın məlumatına görə çirklənmənin güman edilən mənbəyi hesab olunan qırmızı bibərin nümunəsini akreditasiyadan keçmiş laboratoriya araşdıracaq.

“Müxtəlif ərzaq məhsullarında qeyri-qida boyalarını aşkarladıqdan sonra Milli Ərzaq Agentliyindən məktub aldıq və məktuba əsasən agentlik uyğun biznes operatorların dövlət nəzarətini həyata keçirib. Biznes operatorlara tapşırıq verilib ki, Sudan qrupuna aid boyaların aşkar edildiyi ərzaq partiyasının bazara çıxarılmasını və ya artıq çıxarılmış ərzaqların yığışdırılmasını həyata keçirsinlər.

Göründüyü kimi gentlik bizim araşdırdığımız məhsulların çirklənmə mənbəyi olaraq qırmızı bibəri hesab edir və bu həmin məhsulların inqrediyentlərindən biri olub.

Bu məhsullarda qırmızı bibərdən istifadə edən biznes operatorların rekvizitləri müəyyən edilib. Sudan qrupunun boyalarının araşdırılması məqsədi ilə agentlik qırmızı bibər nümunələri götürüb və onları akreditasiyadan keçmiş laboratoriya tədiq edəcək. Agentlik laborotoloji yoxlamanın nəticələrindən dolayı müvafiq qərarı bildirəcək”
– mərkəzin bəyanatında qeyd olunub.

წყარო: ნეთგაზეთი

Print Email
FaceBook Twitter Google