Parlamentdə yeni hökumət üzvlərinin dinlənməsi prosesi müxalifətin boykotu fonunda davam edir
Gürcüstan Parlamentində ikinci gündür ki, yeni hökumətə etimadın göstərilməsi prosesi davam edir və proses səsvermə ilə başa çatmalıdır.

Bu gün, 5 sentyabrda Komitələrin Birləşmiş İclasında nazirliyə 8 namizədi dinləyiblər. Dünənki kimi dinləmələrə “Vahid Milli Hərəkat” və “Avropalı Gürcüstan” bu gün də etiraz edib.

Gürcüstanın baş naziri Mamuka Baxtadze istefası haqqında məlumatı 2 sentyabrda “Facebook”da yayımlayıb, 3 sentyabrda isə “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvili baş nazirliyə Daxili İşlər naziri Qiorqi Qaxariyanın namizədliyini irəli sürüb.

Baş nazirin istefası ilə hökumətin bütün tərkibi də istefa vermiş hesab olunur. Müvafiq olaraq Parlament hökumətin yeni tərkibini müzakirə etməli, onların strategiyasını dinləməli və daha sonra səs vermə keçirməlidir.

Hökumətin yeni tərkibində baş nazir vəzifəsini Qiorqi Qaxariya tutmalıdır, Daxili İşlər naziri vəzifəsini – DTX-nın rəhbəri Vaxtanq Qomelauri, Müdafiə naziri vəzifəsini isə İrakli Qaribaşvili tutacaq. Hökumətdə başqa dəyişiklik planlaşdırılmır.

Nazirlik və baş nazirliyə namizədlərin dinlənilməsi bütün həftə ərzində davam edəcək və 8 sentyabrda, bazar günü hökumətə etimad göstərmək məqsədi ilə səsvermə başa çatacaq.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google