Patrul ekipajlarının sayı artırılacaq
“Patrul ekipajının sayının
artırılmasını planlaşdırırıq. Patrul polisi xidmətinin
əlçatanlığının aşağı olduğu regionlarda ekspress-xidmətlər, səyyar
xidmət mərkəzləri fəaliyyətə başlayacaq”, – bu haqda
Daxili İşlər naziri vəzifəsinə namizəd Vaxtanq Qomelauri dörd
komitənin birgə iclasında proqram təqdim edərkən
bildirib.
Qomelaurinin bildirdiyinə görə, yol hərəkəti qaydalarının
tənzimlənməsinin daha da yaxşı olması məqsədi ilə mobil telefon
proqramının yaradılması planlaşdırılır və bunun vasitəsi ilə hər
hansı vətəndaşın yol hərəkəti qaydasının pozulması faktlarını qeydə
almaq və patrul polisinə təqdim etmək imkanı olacaq.
“Patrul polisinin inkişafı bizim üçün prioritetdir.
Eləcə də, biz patrul ekipajlarının sayının artırılmasını da
planlaşdırırıq ki, patrul polisinin işi səmərəli şəkildə
aparmasının səviyyəsi maksimum dərəcədə artsın. Qeyd olunan məsələ
patrul polisinin funksiyasının reaksiya göstərilməsi, eləcə də
qabaqlayıcı tədbirlər baxımından gücləndirilməsinə dəstək olacaq.
Patrul polis xidmətinin əlçatanlığının aşağı olduğu regionlarda
patrul polisi xidmətinin inkişafı məqsədi ilə ekspress xidmətlərin,
səyyar xidmət mərkəzlərinin fəaliyyətə başlamasını planlaşdırırıq.
Yol hərəkəti qaydalarının tənzimlənməsinin daha da yaxşı olması
məqsədi ilə mobil telefonlar üçün proqramların yaradılması
planlaşdırılır və bunun vasitəsi ilə hər hansı vətəndaşın yol
hərəkəti qaydasının pozulması faktlarını qeydə almaq və patrul
polisinə təqdim etmək imkanı olacaq”, – Qomelauri
bildirib.